Cəlilabadda tikinti şirkəti ofisinə hücüm nəticəsində 16 insan həlak oldu
Cəlilabadda tikinti şirkəti ofisinə hücüm nəticəsində 16 insan həlak oldu

Əfqanıstanın Cəlilabad şəhərində silahlı şəxslər tikinti şərkətlərindən birinin ofisinə hücum etdilər. Şirkətin ən azından 16 əməkdaşı həlak olub. Onlar arasında beş nəfər təhlükəsizlik xidmətinin nümayəndsidir. Doqquz nəfər xəsarət alıb. Onlardan birinin durumu ağırdır.

Yayılan məlumata görə, ofisin girişində iki intiharçı-terrorçu özünü partlatdı. Bundan sonra binaya silahlı şəxslər daxil oldular. İkitərəfli atışma nəticəsində üç hüçumçu qətlə yetirildi. Baş verənlər üzrə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.