Çexiyada koronavirusa yoluxmanın rekord olaraq yüksək göstəricisi qeydə alındı
Çexiyada koronavirusa yoluxmanın rekord olaraq yüksək göstəricisi qeydə alındı

Çexiyada son 24 saat ərzində koronavirusa yoluxmanın rekord olaraq yüksək göstəricisi qeydə alındı. Ölkədə ötən bir gün ərzində virus 16 939 insanda təsdiq olundu.

Bu barədə məlumatı Çexiya Səhiyyə Nazirliyinə istinadən “Reuters” agentliyi yayır.

Epidemiyanın yayılmasından bu günə qədər, Çexiyada koronavirusun cəmi 718 661 halı qeydə alınıb. Buradan 11 580 ölüm halıdır.