Candar Gölündə iki kişinin axtarış işlərinə Azərbaycan vertalyotu qoşuldu
Candar Gölündə iki kişinin axtarış işlərinə Azərbaycan vertalyotu qoşuldu

Qardabani munisipalitetində, Candar Gölündə iki kişinin axtarış işlərinə Azərbaycan tərəfi qoşuldu.

Gürcüstanın Birinci Kanalının jurnalistinin hadisə yerindən verdiyi məlumata görə, hazırda axtarış işlərini iki vertalyot, Daxili İşlər Nazirliyi Sərhəd Polisinin və Azərbaycan tərəfinin vertalyotu həyata keçirir.

Gürcüstanın Birinci Kanalı ilə söhbətində itkin düşənlərin yaxınları deyirlər ki, gənc kişilər Candara ova gəldilər, gölə qayıqla çıxdılar və güclü küləkdən sonra yoxa çıxdılar. Yaxınları güman edirlər ki, onları axın Azərbaycan tərəfinə apardı.

Candar Gölündə iki kişini səhərdən axtarırlar.