"Bundesliga" tamaşaçısız davam etdiriləcək
"Bundesliga" tamaşaçısız davam etdiriləcək

Almaniya kansleri, Angela Merkel federal torpaqların baş nazirləri ilə görüşdən sonra qərar qəbul etdi – ölkədə karantin tədbirlərini sərtləşdirsin. Bu qərar epidemioloji vəziyyətin pisləşməsindən irəli gəlir.

“Kicker” nəşrinin yazdığına görə, sərtləşdirmə idman tədbirlərinə də aiddir. Müvafiq olaraq noyabrdan başlamış, bütün peşəkar turnirlər, o cümlədən “Bundesliga” tamaşaçısız keçiriləcək.

Qeyd oulan məhdudiyyət hökumət tərəfindən yeni qərar qəbul olunanana qədər davam edəcək.

Beləliklə, Almaniya Çempionatının altıncı turunun 1 və 2 noyabrda keçiriləsi üç matçı, tamaşaçısız keçiriləcək. 30 və 31 oktyabrda baş tutası matçlarda isə, iştirak etmək mükün olacaq.