Buknarinin sakini, müsəlman icmasının nümayəndəsi - birlikdə bütün kəndi gəzərək bir-birləri ilə barışdıracağıq, razılıq əldə olunub
Buknarinin sakini, müsəlman icmasının nümayəndəsi - birlikdə bütün kəndi gəzərək bir-birləri ilə barışdıracağıq, razılıq əldə olunub

Birlikdə bütün kəndi gəzərək bir-birləri ilə barışdıracağıq, razılıq əldə olunub, – Buknarinin sakini, müsəlman icmasının nümayəndəsi, Besik Paiçadze deyir.

“Sözsüz ki, razılaşma əldə olundu. Biz qardaş kimi yaşayırdıq və belə davam etdirəcəyik, mer ilə birlikdə beş-beş kişi bütün kəndi gəzərək bir-birləri ilə barışdıracağıq, bunun problemi olmayacaq. Sözsüz ki, ibadət yeri olacaq. Burada söhbət məscidin genişləndirilməsindən, nə də tikintisindən getməyib. Nə varsa bu bizə bu yetərlidir. Təmir etmək istəyirik və təmir edəcəyik”, – Besik Paiçadze bəyan edir.

Çoxatauri Meriyasında xristian və müsəlman icmasının nümayəndələri arasında görüş başa çatdı. Çoxatauri munisipaliteti meri, İrakli Kuçava bəyan edir ki, razılıq əldə olunub və ibadət yeri fəaliyyətini davam etdirəcək.

Müsəlman icması nümayəndələri, o cümlədən Acaradan gələn vətəndaşlar bu vaxta qədər Meriyanın həyətindədilər. Onların bir hissəsi bəyan edir ki, dağılmayacaqlar çünki Buknari ayrıca problem deyil və müsəlman icmasının hüquqları məsələsi bütün ölkədə müdafiə olunmalıdır.

Çoxatauri munisipalitetinin Buknari kəndidən narazılıq müsəlman və xristian vətəndaşları arasında dünən başladı. Konkret olaraq, müsəlman icması nümayəndələri kənddə ibadət yerinin təşkil edilməsini tələb edirlər. Xristian icması nümayəndələri isə, buna qarşı çıxırlar. Fikir müxtəlifliyi dünən fiziki qarşıdurmaya qədər artdı. Fakt üzrə DİN bir nəfəri yaxaladı.

Çoxatauri meri, İrakli Kuçava bəyan edir ki, hakimiyyət və polis hər şeyi edəcək ki, Buknari kəndində münaqişə problemlər yaranmadan həll olunsun.