Budapeşt 2020 - su polosu üzrə Gürcüstan yığması Avropa Çempionatının ilk matçını Fransa ilə sabah keçirəcək
Budapeşt 2020 - su polosu üzrə Gürcüstan yığması Avropa Çempionatının ilk matçını Fransa ilə sabah keçirəcək

Budapeştdə sıra ilə 34-cü su polosu üzrə Avropa Çempionatı kişilər arasında startı sabah götürəcək. Ardıcıl olaraq dördüncü Avropa birinciliyinin final stadiasında Gürcüstan yığması da iştirak edəcək.

Gürcüstan yığması su poloçularının ilk yarışı 2014-cü ildə məhz elə Budapeştdə baş tutdu. Komanda son, 12-ci yerə çıxdı. 2016-cı ildə final stadiasında iştirakçıların sayı 16-a qədər artırıldı və Gürcüstan yığması yarışmanı 14-cü mövqe ilə başa çatdırdı. Həmin yarışda Gürcüstan yığması ilk qələbəsini qazandı – Türkiyə ilə 12:11.

2018-ci ildə Barselonada gürcü su poloçuları artıq iki matçı qazana bildilər və 13-cü yerə çıxdılar. Gürcüstan yığması Avropa birinciliyinin final stadiasında cəmi 19 matç keçirdi.

Avropa Çempionatının tarixində ən titullu Macarıstan yığmasıdır. Onlar birinci yerə 12 dəfə çıxdılar.

2020-ci il Avropa Çempionatında dörd qrupda 16 kamanda yarışacaq. A qrupu: Xorvatiya, Monteneqro, Almaniya, Slovakiya, B qrupu: Serbiya, Rumıniya, Rusiya, Hollandiya, C qrupu: Macarıstan, İspaniya, Malta, Türkiyə, D qrupu: İtaliya, Yunanıstan, Fransa, Gürcüstan.

Gürcüstan yığması Avropa Çempionatının ilk matçını Fransa ilə sabah saat 19:00-da keçirəcək.

Görüşün birbaşa reportajını Gürcüstanın Birinci Kanalı təqdim edəcək.