Bu gündən texniki yoxlamanı keçməyən avtomobilləri "ağıllı" kameralar cərimələyəcəklər
Bu gündən texniki yoxlamanı keçməyən avtomobilləri "ağıllı" kameralar cərimələyəcəklər

Bu gündən texniki yoxlamanı keçməyən avtomobilləri “ağıllı” kameralar cərimələyəcəklər. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

Daxili İşlər Nazirliyinin məlumatına görə, avtonəqliyyat vasitəsinin sahibləri cərimələnmələri barəsində məlumatı “sms” vasitəsi ilə alacaqlar. “Sms”-in alındığı gündən 10 gün ərzində cərimənin ödənildiyi təqdirində vətəndaş 20 faizlik güzəştdən istifadə edəcək. Əgər 10 gün ərzində cərimə ödənilmədisə, qəbz onun yaşadığı ünvanına poçt vasitəsi ilə göndəriləcək.

Daxili İşlər Nazirliyinin məlumatına görə, bütün Gürcüstan miqyası ilə 1 441 videokamera quraşdirilıb. Buradan 795 ümumi və 646 “ağıllı” kameradır.

2019-cu ilin yanvarın birindən bütün növ avtonəqliyyat vasitəsi üçün texniki yoxlama məcburi oldu.