Bu gündən sürücülük vəsiqəsinin nəzəri imtahanına qeydiyyat elektron vasitəsi ilə mümkündür
Bu gündən sürücülük vəsiqəsinin nəzəri imtahanına qeydiyyat elektron vasitəsi ilə mümkündür

Bu gündən sürücülük vəsiqəsinin nəzəri imtahanına qeydiyyat elektron vasitəsi ilə, Daxili İşlər Nazirliyinin Xidmətlər Agentliyinin veb-səhifsində mümkündür.

Daxili İşlər Nazirliyinin Xidmətlər Agentliyinin məlumatına görə, yeni servis sürücülük vəsiqəsinin nəzəri imtahanına qeydiyyatı daha çevik edəcək. Vətəndaşların evdən çıxmayaraq imtahan günü və vaxtını seçməyə imkanları olacaq.

Əlavə məlumatın əldə edilməsi qaynar xətt – 2 41 91 91 və “www.sa.gov.ge” saytında mümkündür.