Bu gündən etibarən Gürcüstan və xarici ölkələr arasında hava gediş-gəlişi dayandırılır
Bu gündən etibarən Gürcüstan və xarici ölkələr arasında hava gediş-gəlişi dayandırılır

2020-ci ilin martın 21-dən Gürcüstan və xarici ölkələr arasında hava gediş gəlişi dayandırlır və sadəcə “Gürcüstan avia-xəttlərinin” (Georgian Airways) aviareysləri həyata keçiriləcək.

Bu haqda məlumatı Xarici İşlər Nazirliyi yayır.

Qeyd olunan qərar baş nazirin rəhbərliyi ilə koronavirusla bağlı yaradılan idarələrarası koordinasiya şurası tərəfindən verildi.

Bununla yanaşı, xaricdən gələn Gürcüstan vətəndaşları, sərhədi keçdikləri andan karantin zonasına keçiriləcəklər.

Həmçinin, vəziyyətin daha yaxşı idarə edilməsi üçün bütün sərhəd keçid məntəqələrinin yanında əlavə karantin zonaları yaradılacaq.