Bu gündən 22 noyabr saat 22:00-a qədər paytaxtda munisipal nəqliyyat adi cədvəllə işləyəcək
Bu gündən 22 noyabr saat 22:00-a qədər paytaxtda munisipal nəqliyyat adi cədvəllə işləyəcək

Paytaxt miqyası ilə, bu gün və sabah munisipal nəqliyyat adi cədvəllə işləyəcək.

Paytaxt Meriyasının məlumatına görə, iki gün ərzində, Tbilisi metrosu işini saat 00:00-da, munisipal nəqliyyat isə, müəyyən olunmuş cədvəllə dayanadıracaq.

“21 noyabrda Gürcüstanda planlaşdırılmış Parlament seçkilərinin ikinci turunu nəzərə alaraq, seçki prosesinin əngəllər olmadan həyata keçirilməsi məqsədi ilə, seçki məntəqələrinin bağlanmasından sonra müvafiq prosedurların həyata keçriliməsinə görə, bu gün və sabah – 20-21 noyabrda saat 22:00-05:00-a qədər hərəkətə qoyulan məhdudiyyət istisna şəklində ləğv olunur.

Ölkədə mövcud epidemioloji durumdan irəli gələrək, 9 noyabrdan, Gürcüstanın böyük şəhərlərində, o cümlədən Tbilisidə saat 22:00-dan saat 05:00-a qədər, piyada, eləcə də nəqliyyat vasitəsilə hərəkət qadağan edilib.

Yeni requlasiyaya əsasən, Tbilisi metrosu və munisipal avtobuslar işini saat 22:00-da başa çatdırırlar. Yolçulara müraciər edirik ki, səfəri planlaşdırrarkən qeyd olunan mühitləri nəzərə alsınlar”, – Meriyada bəyan edirlər.

Baş nazirin rəhbərliyi ilə fəaliyyət göstərən idarələrarası koordinasiya şurası bu günki iclasında qəbul etdi ki, 21 noyabrda Gürcüstanda planlaşdırılmış Parlament seçkilərinin ikinci turunu nəzərə alaraq, seçki prosesinin əngəllər olmadan həyata keçirilməsi məqsədi ilə, seçki məntəqələrinin bağlanmasından sonra müvafiq prosedurların həyata keçriliməsinə görə, bu gün və sabah – 20-21 noyabrda saat 22:00-05:00-a qədər hərəkətə qoyulan məhdudiyyət istisna şəklində ləğv olunsun.