Bu gün təsdiq olunan koronavirusun on yeni halından beşi Acarada aşkar edildi
Bu gün təsdiq olunan koronavirusun on yeni halından beşi Acarada aşkar edildi

Son 24 saat ərzində Acarada “PCR” test 927 insana edildi, buradan koronavirus beş nəfərdə təsdiq olundu.

Virusa yoluxan beş pasiyentdən ikisi karantin məkanında idi, biri Kobuletidə virusa yoluxan pasiyentin kontaktıdır, beşinci pasiyent isə, beynəlxalq daşımalar sürcüsüdür.

Acara Səhiyyə Nazirliyində bəyan etdiklərinə görə, Batumi Respublika Xəstəxanasının kovid-mərkəzini altı sağalmış pasiyent tərk etdi. 25 pasiyent müalicəsini davam etdirir.

Bu vaxt üçün Acarada karantində 3 014 insan qalmaqdadır.