Bu gün özünüidarəetmə şəhəri-özünüidarəetmə icması merlərinin ikinci turu keçirilir
Bu gün özünüidarəetmə şəhəri-özünüidarəetmə icması merlərinin ikinci turu keçirilir

Bu gün noyabrın 12-də, özünüidarəetmə şəhəri- Kutais və özünüidarəetmə icmaları – Kazbeqi, Xaşuri, Borcomi, Ozurqeti və Martvili merliyinin 2017-ci il 21 oktyabr seçkilərinin ikinci turu keçirilir.

Seçkilərin ikinci turunda müxtəlif seçki dairələrində 6 seçki subyekti iştirak edir. Onlardan ikisi təşəbbüs qrupu tərəfindən təqdim olunan namizəddir.

MSK-nın məlumatına görə, seçkilərin ikinci turu 317 seçki məntəqəsində keçirilir. Onlardan biri Kutaisi şəhərində istisna təqdirində açılmış seçki məntəqəsidir. 6 majoritar dairəsində qeydiyyatdan keçmiş seçicilərin sayı 328 272-ni təşkil edir.

MSK-nın məlumatına görə, seçicilər, merin seçilməsi üçün yalnız bir bülleten alacaqlar.

Ümümlükdə, seçkinin ikinci turu üçün seçki administrasiyası tıərıfindən 299 450 bülleten çap olundu.

Saat 20:00-da, seçki məntəqələrinin bağlanmasından və səslərin sayılmasından sonra, MSK yekunlaşdırıcı protokolları qəbul etdiyi andan, mərhələ şəklində xüsusi veb sahifəyə yükləyəcək – www.results.cec.gov.ge.