Bu gün koronavirusa yoluxma halı təsdiqlənən iki şəxs Bolnisi munitsipalitetindəndir
Bu gün koronavirusa yoluxma halı təsdiqlənən iki şəxs Bolnisi munitsipalitetindəndir

 

Bu gün səhər alınmış laboratoriya nəticələrinə əsasən Bolnisidə koronavirus iki yoluxma halı təsdiqlənib.

İki yeni təsdiqlənmiş hal bu vaxta kimi Dəllər kəndində təsdiqlənmiş halların kontaktlarıdır. Bu vaxt üçün kənddə 28 təsdiqlənmiş hal qeydə alınıb.

Dünən ümumilikdə 40 nəfərin nümunəsi götürülərək laboratoriyaya göndərilib.

Bolnisi munitsipalitetində 120 hal təsdiqlöənib, 15 nəfər sağalıb, üç nəfər isə vəfat edib. 96 şəxs karantindədir, 215 nəfər isə özünü təcrid edib.