Brüsseldə "Şərq Partnyorluğu" sammiti keçirilir

Brüsseldə “Şərq Partnyorluğunun” beşinci sammiti açıldı.

Sammitdə Avropa İttifaqının üzv ölkələrinin liderləri və proqramda iştirak edən altı ölkənin – Gürcüstan, Ukrayna, Moldova, Belarus, Azərbaycan və Ermənistanın iqtidar nümayəndələri iştirak edəcəklər.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili tədbirdə nitqlə çıxış edəcək.

Sammitdən öncə yayılan pres-relizə görə, Sammitdə gələcək əməkdaşlıq planları müzakirə ediləcək. Prioritet olaraq isə, dörd məsələ adlandırıldı: 1. Güclü İqtisadiyyat,  hansı ki, bazar imkanlarından daha yaxşı istifadə edilməsini nəzərdə tutur. 2. Güclü idarəçilik, hansı ki, Dövlət İnstitutlarının gücləndirilməsini nəzərdə tutur; 3. Güclü əlaqələr, hansı ki, nəqliyyat və energetika sahəsində əməkdaşlığı nəzərdə tutur. 4. Güclü cəmiyyət, hansı ki, vətəndaşlar arasında əlaqələrin möhkəmləndirilməsini nəzərdə tutur.

Bu prioritetlərə əsasən, 2020-ci ilə qədər həyata keçiriləcək 20 məddə planlaşdırılıb.