Brüsseldə rəsmi səfərdə olan Giorgi Qaxaria Azərbaycan və Ermənistan arasında baş verən hərbi qarşıdurma ilə bağlı bəyanat yayır
Brüsseldə rəsmi səfərdə olan Giorgi Qaxaria Azərbaycan və Ermənistan arasında baş verən hərbi qarşıdurma ilə bağlı bəyanat yayır

Gürcüstanın baş naziri Giorgi Qaxaria Azərbaycan və Ermənistan arasında baş verən hərbi qarşıdurma ilə bağlı bəyanat yayır.

“Azərbaycan və Ermənistan arasında baş verən növbəti hərbi qarşıdurma nəticəsində, ağır vəziyyət yaranıb, böyük qurbanlar var və təəssüf ki, hərbi əməliyyatların dayandırılması və dialoqun bərpası bu vaxta qədər mümkün olmur.

Hamımız yaxşı başa düşürük ki, vəziyyətin daha böyük eskalyasiyası bütün regionun təhlükəsizliyinə mənfi təsir verəcək.

Minsk və ATƏT qruplarına və beynəlxalq ictimaiyyətə yenə müraciət edirik, maksimal olaraq, bütün imkanlarından istifadə etsinlər, eskalyasiyayı dayandırsınlar və dialoqu yenidən başladsınlar.

Bildiyiniz kimi, ölkəmizi hər iki ölkə ilə – Azərbaycanla və Ermənistanla hər zaman mehriban qonşuluq münasibətləri birləşdirib.

Azərbaycanlı və erməni vətəndaşlarımız tarix boyu Gürcüstanda bərabər sülh və dostluq içində yaşayıblar və ökəmizin və regionumuzun inkişafında və güclənməsində onların böyük rolu olub.

Onların burada sülh içində yaşadıqları ən bariz nümunədir ki, gürcülərin, azərbaycanlıların və ermənilərin bərabər sülh içində yaşamaq və Cənubi Qafqazı sülh və inkişaf məkanı etmək üçün potensialımız var. Bizim ümümi marağımızdır ki, regionda sülh tez zamanda yerini alsın.

Gürcüstan sülh prosesinə hərhansı formada yardım etmək üçün hazırdır və dialoqun keçirilməsi məqsədi ilə, münaqişəli tərəflərin nümayəndələrini Tbilisiyə dəvət edir” – deyilir Brüsseldə rəsmi səfərdə olan Giorgi Qaxarianın bəyanatında.

Şərh yaz