Brüsseldə Gürcüstan-Aİ assosiyasiya şurasının 5-ci iclası keçiriləcək
Brüsseldə Gürcüstan-Aİ assosiyasiya şurasının 5-ci iclası keçiriləcək

Brüsseldə bu gün Gürcüstan-Avropa İttifaqı assosiyasiya şurasının 5-ci iclası keçiriləcək. Gürcüstan nümayəndə heyətinə Gürcüstanın baş naziri, Mamuka Baxtadze rəhbərlik edəcək.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, şura iclasında gürcü tərəfi “Avropa İttiqafına inteqrasiyanın yol xəritəsini” təqdim edəcək.

Şura iclasının başa çatmasından sonra, Gürcüstanın baş naziri, Mamuka Baxtadzenin və xarici və təhlükəsizlik siyasəti məsələləri üzrə Avropa İttifaqının ali nümayəndəsi, Federika Moqerinin birgə mətbuat konfransı planlaşdırılıb.