Brüsseldə bugün Avropa İttifaqı-Gürcüstan Parlament Asosiasiya iclası keçiriləcək
Brüsseldə bugün Avropa İttifaqı-Gürcüstan Parlament Asosiasiya iclası keçiriləcək

Asosiasiya Parlament komitəsi həmsədrləri olan, Avropa ilə inteqrasiya komitəsinin sədri Tamar Xulordava və Avroparlamentin üzvü Sacid Karimin rəhbərliyi ilə, altıncı iclasını keçirəcək, – bu barədə məlumatı Gürcüstan parlamenti yayır.

Parlamentin məlumatına görə, Avropa İttifaqı-Gürcüstan münasibətlərinin müzakirəsi üçün Gürcüstan parlamentinin və Avroparlamentin üzvləri, Gürcüstanın icraçı hakimiyyətinin və Avropa İttifaqının nümayəndələrini dinləyəycəklər.

Asosiasiya razılaşmasına əsasən, parlament asosiasiya komitəsi, parlament diplomatiyasının inkişafı üçün əlverişli şərait yaradır və Avroparlament və Gürcüstan arasında müttəfiqliyin möhkəmləndirməsinə yol açır” – deyilir parlament tərəfindən yayılan bəyanatda.