Britaniyanın baş naziri Tereza Mey, Anqela Merkel və Emanuel Makronla danışıqlar aparacaq
Britaniyanın baş naziri Tereza Mey, Anqela Merkel və Emanuel Makronla danışıqlar aparacaq

Avropa İttifaqının sammitindən bir gün irəli, Britaniyanın baş naziri Tereza Mey Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emanuel Makron danışıqlar keçirəcək.

Bu barədə məlumatı “Skai Nyus” yayır.

Medyanın məlumatına görə, Tereza Mey öncə Berlinə, sonra isə, Parisə gedəcək.

Bir neçə gün bundan əvvəl Britaniyanın baş naziri Avropa İttifaqına Breksitin iyunun 30-na qədər davam etdirilməsi xahişi ilə müraciət etdi.

Avropa İttifaqının liderləri Breksit ilə bağlı fövqəladə iclası aprelin 10-da Brüsseldə keçirəcəklər.