Britaniyalı parlamentar - Gürcüstanın avroatlantik strukturlarına inteqrasiya cəhdini Britaniya brexitdən sonra da dəstəkləyəcək
Britaniyalı parlamentar - Gürcüstanın avroatlantik strukturlarına inteqrasiya cəhdini Britaniya brexitdən sonra da dəstəkləyəcək

Birləşmiş Krallığı Parlamentinin üzvü, Mark Priçard bəyan edir ki, Gürcüstanın avroatlantik strukturlarına inteqrasiya cəhdini Britaniya brexitdən sonra da dəstəkləyəcək. Britaniyalı parlamentar hesab edir ki, Avropa İttifaqından çıxdıqdan sonra, Birləşmiş Krallığın xarici siyasəti daha artıq çevik olacaq.

“Düşünürəm Avropa İttifaqından çıxdıqdan sonra daha artıq çevik siyasətimiz olacaq. Biz Avropanı deyil, Avropa İttifaqını tərk edirik. Avropa dövlətləri, NATO üzvləri və aspirant ölkələri, o cümlədən Gürcüstan ilə sıx əlaqələri planlaşdırırıq”, – Mark Priçard Birinci Kanal ilə müsahibəsində bildirdi.

Mark Priçard hesab edir ki, Lisabon Müqaviləsinin 50-ci maddəsinin yerinə yetirilməsi müddəti iyunun 30-dək uzadılmalıdır. Onun dediyinə görə, təkrar referendum düzgün qərar olmayacaq.