Britaniyada son 24 saat ərzində koronavirusun 12 872 yeni halı qeydə alındı
Britaniyada son 24 saat ərzində koronavirusun 12 872 yeni halı qeydə alındı

Britaniyada son bir gün ərzində koronavirusun 12 872 yeni halı aşkar edildi. Bu, ölkə üçün gündəlik qeydə alınan rekord göstəricidir. Lakin, “Reuters” agentliyinin yazdığına görə, hökumət yoluxma hallarının dərhal artmasını texniki səbəblərdən göstəricilərin dərc olunmasının gecikdirilməsi ilə əlaqələndirir. Hökumətdə bəyan edirlər ki, yaxın günlərdə dərc olunan statsitikaya, öncəki günlərin halları da daxil ediləcək.

Ötən bir gün ərzində Böyük Britaniyada virusa yoluxan 49 pasiyent vəfat etdi.

Ümumilikdə, Böyük Britaniyada virusun yayılmasından bu günə qədər koronavirusun 480 017 təsdiq olunmuş halı aşkar edilib, 42 317 pasiyent vəfat edib.