Britaniyada son 24 saat ərzində koronavirusun 1 735 yeni halı aşkar edildi, 13 insan vəfat etdi
Britaniyada son 24 saat ərzində koronavirusun 1 735 yeni halı aşkar edildi, 13 insan vəfat etdi

Britaniyada son 24 saat ərzində koronavirusun 1 735 yeni halı aşkar edildi. Bu isə, 4 iyundan sonra ölkə üçün gündəlik qeydə alınan ən yüksək göstəricidir. Məlumatı “Reuters” yayır.

Britaniyada son 24 saat ərzində koronavirusdan 13 insan vəfat etdi.

Ümumilikdə, Böyük Britaniyada virusun yayılmasından bu günə qədər koronavirusun 342 684 təsdiq olunmuş halı aşkar edilib, 41 615 insan vəfat edib.