Braziliyanın aborigen əhalisinin lideri koronavirusdan vəfat etdi
Braziliyanın aborigen əhalisinin lideri koronavirusdan vəfat etdi

Braziliyanın aborigen əhalisinin lideri, Aritana Yavalapit koronavirusdan vəfat etdi.

Yayılan məlumata görə, koronavirus üzündən Aritana Yavalapitin ağciyərlərində problemi var idi. Aborigenlərin liderini Mato Qros ştatından xəstəxanaya qədər doqquz saat ərzində aparırdılar.

Aritana Yavalapit Amazonda, Şinqu Milli Parkını yaradıb. Burada 16 icma yaşayır.