Braziliyada son bir gün ərzində koronavirusun 26 310 yeni halı qeydə alındı, 599 insan vəfat etdi
Braziliyada son bir gün ərzində koronavirusun 26 310 yeni halı qeydə alındı, 599 insan vəfat etdi

Braziliyada son bir gün ərzində koronavirusun 26 310 yeni halı qeydə alındı, 599 pasiyent vəfat etdi. Məlumatı “Reuters” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Pandemiyanın başlamasından bu günə qədər, ölkədə koronavirusa yoluxmanın 4 milyon 906 mindən artıq halı qeydə alınıb, 145 987 insan vəfat edib.

Koronavirusa yoluxma hallarının sayı ilə Braziliya ABŞ-dan və Hindistandan sonra üçüncü yerdədir, ölüm hallarının sayı ilə isə, ABŞ-dan sonra ikinci yerdədir.