Braziliyada son bir gün ərzində koronavirus 51 922 insanda təsdiq olundu, 587 insan vəfat etdi
Braziliyada son bir gün ərzində koronavirus 51 922 insanda təsdiq olundu, 587 insan vəfat etdi

Braziliyada son 24 saat ərzində koronavirusun 51 922 yeni halı aşkar edildi. Bununla yanaşı ötən gecə ərzində ölkədə virusdan 587 pasiyent vəfat etdi.  Müvafiq məlumatı Braziliya Səhiyyə Nazirliyi yayır.

Pandemiyanın başlamasından bu günə qədər ölkədə koronavirusun altı milyon 290 mindən artıq təsdiq olunmuş halı aşkar edilib. O cümlədən 172 561 pasiyent vəfat edib.

Con Hopkins Universitetinin göstəriciləri ilə, vəfat edənlərin sayına əsasən, Braziliya ABŞ-dan sonra dünyada ikinci yerdədir. Yoluxma hallarının sayı ilə isə, ABŞ və Hindistandan sonra üçüncü yerdədir.