Braziliyada koronavirusun 26 979 yeni halı aşkar edildi, 432 pasiyent vəfat etdi
Braziliyada koronavirusun 26 979 yeni halı aşkar edildi, 432 pasiyent vəfat etdi

Braziliyada son 24 saat ərzində koronavirusun 26 979 yeni halı aşkar edildi.

Bununla yanaşı ötən gecə ərzində ölkədə virusdan 432 pasiyent vəfat etdi. Müvafiq məlumatı Braziliya Səhiyyə Nazirliyi yayır.

Pandemiyanın başlamasından bu günə qədər ölkədə koronavirusun beş milyondan artıq təsdiq olunmuş halı aşkar edilib.

Con Hopkins Universitetinin göstəriciləri ilə, vəfat edənlərin sayına əsasən, Braziliya ABŞ-dan sonra dünyada ikinci yerdədir. Yoluxma hallarınımn sayı ilə isə, ABŞ və Hindistandan sonra üçüncü yerdədir.