Böyük Britaniyanın Gürcüstandakı səfiri Tinatin Berdzenişvili ilə görüşdü və İctimai Yayımçının baş direktor vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi
Böyük Britaniyanın Gürcüstandakı səfiri Tinatin Berdzenişvili ilə görüşdü və İctimai Yayımçının baş direktor vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi

Böyük Britaniyanın Gürcüstandakı səfiri, Mark Kleyton Gürcüstan İctimai Yayımçısının baş direktoru, Tinatin Berdzenişvili ilə görüşdü.

Səfir Tinatin Berdzenişvilini baş direktor vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi. Mark Kleytonun dediyinə görə, Gürcüstanda İctimai Yayımçının rolu əhəmiyyətlidir.

“İctimai Yayımçının baş direktoru ilə həqiqətən çox maraqlı görüşüm var idi. Səmimi olaraq onu bu vəzifəyə seçilməsi münasibətilə təbirk etmək istəyirəm. Düşünürəm, Gürcüstanda İctimai Yayımçının rolu əhəmiyyətlidir. Bu, Gürcüstanda seçkilərdə və səsvermə prosesində iştirak edən hər bir vətəndaş üçün müstəqil məlumatın çox əhəmiyyətli mənbəsidir. Birləşmiş Krallıq Gürcüstanda azad və şəffaf seçkiləri dəstəkləyir. Önəmlidir ki, hər bir siyasi partiya gürcü və beynəlxalq qanunvericiliyin müəyyən etdiyi ali standartı müdafiə etsin”, – Böyük Britaniyanın Gürcüstandakı səfiri bəyan etdi.

Gürcüstan İctimai Yayımçısının baş direktoru, Tinatin Berdzenişvilinin bəyan etdiyinə görə, səfir ilə görüşdə ölkənin və o cümlədən İctimai Yayımçının götürdüyü ümumi kurs barəsində söhbət etdilər. Həmçinin görüşdə söhbət seçkiqabağı mühit barəsində oldu ki, İctimai Yayımçı televiziya efirinin hamı üçün bərabər olmasını nə cür təmin etməlidir.