Borcların silinməsi ilə bağlı vebsəhifə bu gün, saat 18:00-dan işə düşəcək
Borcların silinməsi ilə bağlı vebsəhifə bu gün, saat 18:00-dan işə düşəcək

Borcların silinməsi ilə bağlı təşəbbüs çərçivəsində, xüsusi vebsəhifə bu gün, saat 18:00-dan işə düşəcək, – bu barədə baş nazir, Mamuka Baxtadze bəyan etdi.

Baş nazirin dediyinə görə, vebsəhifədə bu gün yüklənmiş bazalarda üç bankın – “Georgian Bank”, ” TBC Bank” və “Liberty Bank”-ın istifadəçiləri təqdim olunacaqlar.

Onun dediyinə görə, 24 saatlıq işlər həyata keçirilir. Bu məsələ üzrə həmçnin “Kartu” fondu işləyir. Qeyd olunan təşəbbüs məhz elə onun dəstəyi ilə həyata keçirilir.

Baş nazirin bəyan etdiyinə görə, vebsəhifəyə hər gün istifadəçilərin bazaları əlavə olunacaq.

Bununla yanaşı onun qeyd etdiyinə görə, Gürcüstan hökumətinin əsas prioriteti yoxsulluğun aradan qaldırılmasıdır. Hökumətin təşəbbüsləri də məhz elə bunun uzərində qurulub.