Bolnisi Munisipalitetində koronavirusa 18 yeni yoluxma halı qeydə alınıb
 Bolnisi Munisipalitetində koronavirusa 18 yeni yoluxma halı qeydə alınıb

 

Bolnisidə bu gün Covid 19-a 18 yeni yoluxma halı qeydə alınıb.

Bolnisi Meriyasından verilən məlumata əsasən,yeni hallardan 17-si Muşevanidəndir,biri isə tibbi personalla əlaqəlidir.

Muşevanidə sakinlər  üzərində  geniş şəkildə test aparılır.Kənddən cəmdə 574 tədqiq olunası material götürülüb.Cəmdə son iki gündə 20 yeni hal təsdiqlənib.

Muşevani və Qeta yenə də bağlıdır.

Son göstəricilərə əsasən, Muşevanidə koronavirusa 73 yoluxma halı təsdiqlənib.Ümumiyyətlə munisipalitetə gəlincə isə,cəmdə 183 yoluxma halı təsdiqlənib,3 pasiyent vəfat edib,83 nəfər isə sağalıb.

Hazırladı-Sevinc Mustafayeva