Bolqarıstan Pravoslav Kilsəsi ibadət ediləsi yerlər siyahısına Gürcüstanı da daxil edəcək
Bolqarıstan Pravoslav Kilsəsi ibadət ediləsi yerlər siyahısına Gürcüstanı da daxil edəcək

Bolqarıstan Pravoslav Kilsəsi dini turizmin həvəsləndirilməsi məqsədi ilə, ibadət ediləsi yerlər siyahısına Gürcüstanı da daxil edəcək, – qeyd olunan bəyanatı Bolqarıstan Patriarxı Neofit, Gürcüstan Parlamentinin sədri ilə keçirilən görüşdə verdi.

İrakli Kobaxidze Bolqarıstan Respublikasına rəsmi səfərini ev sahibi ölkənin kilsə rəhbəri ilə görüşlə başa çatdırdı.

Gürcüstan Parlamentinin sədri və Bolqarıstan Patriarxı iki ölkə kilsəsi arasında mövcud olan tarixi dostluq və qardaş əlaqələri barəsində danışdılar.

Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.