Bodbisxevi bazarı yaxınlğında Aleko Elisaşviliyə "Gürcü Arzusu" fəalları və Sakrebulo deputatları qarşı çıxdılar
Bodbisxevi bazarı yaxınlğında Aleko Elisaşviliyə "Gürcü Arzusu" fəalları və Sakrebulo deputatları qarşı çıxdılar

Siğnaği munisipalitetində, Bodbisxevi bazar yaxınlğında vətəndaş hərəkatının lideri, Aleko Elisaşviliyə “Gürcü Arzusu” fəalları və Sakrebulo deputatları qarşı çıxdılar. Elisaşviliyə “feodal majoritarları ifşa edək” kampaniyasının həyata keçirilməösinə imkan vermədilər.

Gürcüstanın Birinci Kanalına hərəkatın Telavi təşkilatının rəhbəri, Nino Qoqolaşvilinin bəyan etdiyinə görə, Sakrebulonun deputatı İliya Baypişvili onu sözlə və fiziki təhqir etdi və naticədə onu polis yaxaladı.

Daxili İşlər Nazirliyində yaxalama faktını təsdiq etmirlər. DİN-dən Gürcüstanın Birinci Kanalına bəyan etdiklərinə görə, insident zamanı bir nəfəri hadisə yerindən uzaqlaşdırdılar.