BMT-nin məlumatına görə, son iki ay ərazində İdlib əyalətini 350 min Suriyalı tərk etdi
BMT-nin məlumatına görə, son iki ay ərazində İdlib əyalətini 350 min Suriyalı tərk etdi

Son iki ay ərazində İdlib əyalətini 350 min Suriyalı tərk etdi. Müvafiq bəyanatı BMT yayır.

Beynəlxalq təşkilatın açıqlamasına görə, miqyaslı miqrasiya Əsədin rejimi və Rusiya tərəfindən müxalif qüvvələrinə qarşı yenidən başlamış əmliyyarlarla bağlıdır.

BMT-nin məlumatına görə, qeyd olunan şəxslərin əksəriyyəti qadın və uşaqdır. Hazırda onlar Türkiyə sərhədinə yaxın bölgədə, müvəqqəti düşərgələrə yerləşdiriliblər.

Buna paralel olaraq, beynəlxalq təşkilatda bəyan edirlər ki, münaqişənin eskalasiyası fonunda durum daha da ağırlaşacaq və Suriyanın şimal-qərbi hissəsində yerləşən bölgəni daha artıq insan tərk edəcək.

Şərh yaz