BMT-nin İnsan Hüquqlarının Ali Komisarının Ofisi Arçil Tatunaşvili ilə bağlı işin istintaqını tələb edir
BMT-nin İnsan Hüquqlarının Ali Komisarının Ofisi Arçil Tatunaşvili ilə bağlı işin istintaqını tələb edir

BMT-nin İnsan Hüquqlarının Ali Komisarının Ofisi Arçil Tatunaşvili ilə bağlı işin istintaqını tələb edir və bu prosesə dəstək olmağa hazır olduğunu bildirir.

Bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.

BMT-nin İnsan Hüquqlarının Ali Komisarının Ofisi qeyd olunan bəyanatı öz rəsmi “Tvitter” hesabında verib:

“Fevralın 22-də Sxinvalidə həbs edilən Gürcüstan vətəndaşı Arçil Tatunaşvilinin ölümü ilə bağlı narahatçılığımızı bildiririk və qeyd olunan faktın şəffaf və obyektiv istintaqını tələb edirik. Həmçinin, bu prosesə dəstək verdiyimizi də bildirmək istəyirik” – deyilir BMT Ali Komisarının ofisinin bəyanatında.