Black Eyed Peas-in konsertində iştirak etmək arzusunda olanlar üçün Tbilisidən əlavə dəmiryolu reysləri təyin olunacaq
Black Eyed Peas-in konsertində iştirak etmək arzusunda olanlar üçün Tbilisidən əlavə dəmiryolu reysləri təyin olunacaq

“Black Sea Arena” və Gürcüstan Dəmiryolu əməkdaşlığı çərçivəsində “Black Eyed Peas”-in konsertində iştirak etmək arzusunda olanlar üçün  14, 15, 16 və 17 iyunda, Tbilisidən əlavə dəmiryolu reysləri təyin olunacaq. Məlumatı “Black Sea Arena” yayır.

İyunun 14-də “Tbilisi Central”-dan qatar saat 08:50-də, iyunun 15,16,17-də saat 10:30-da çıxacaq. İyunun 17-də “Black Sea Arena”-dan Tbilisi istiqamətinə 01:25-də tərpənəcək.