Birinci Universitet Klinikasına koronavirusa yoluxan 13 yaşlı pasiyent gətirildi
Birinci Universitet Klinikasına koronavirusa yoluxan 13 yaşlı pasiyent gətirildi

Birinci Universitet Klinikasında koronavirusa yoluxan 13 yaşlı pasiyent müalicə görür.

Klinikanın rəhbəri Levan Ratianinin dediyinə görə, pasiyentin sağlamlıq vəziyyəti stabildir və o hazırda infeksionistlərin və pediatrların müşahidəsi altındadır.

“Klinikamızda pasiyentlərin dinamik qəbulu davam edir. Bu gün 38 infeksiaya yoluxan pasiyent gətirildi. Onların arasında 13 yaşlı yeniyetmə var. Uşağın vəziyyəti hazırda stabildir və uşaq infeksionistlərin və pediatrların müşahidəsi altındadır” – dedi Levan Ratiani.

Levan Ratianinin dediyinə görə, Marneulidən aparılan 62 yaşlı pasiyentin vəziyyəti də yaxşılaşdı və sabah terapiya bölməsinə keçirilməsi ehtimal olunur.