Birinci Kanalda "Gürcüstan Ulduzu" meqaşousunu Giorgi Xaburdzaniya və Demna Caparidzenin "Nova Prodakşens" şirkəti həyata keçirəcək
Birinci Kanalda "Gürcüstan Ulduzu" meqaşousunu Giorgi Xaburdzaniya və Demna Caparidzenin "Nova Prodakşens" şirkəti həyata keçirəcək

Birinci Kanalın efirində 2019-cu ilin yanvarından “Gürcüstan Ulduzu” meqalayihə başlayacaq. Onun qalibi də Gürcüstanı Avroviziyada təmsil edəcək. Yeni musiqi meqaşousu tanınmış Pop Idol-un analoqudur.

İctimai Yayımçının baş direktorunun birinci müavini, Tinatin Berdzenişvili bəyan edir ki, meqaşou üzərində böyük təcrübəsi olan qrup işləyəcək.

“Birinci Kanal irəlcədən anansu verilən meqalayihəyə başlayır. Meqaşou üzərində böyük təcrübəsi olan qrup işləyəcək. Şoun qalibi də 2019-cu ildə Gürcüstanı Avroviziyada təmsil edəcək”, – Tinatin Berdzenişvili bəyan etdi.

Layihəni “Nova Prodakşens” şirkəti həyata keçirəcək. Şirkətin nümayəndələrindən biri, Giorgi Xaburdzaniya bəyan edir ki, Birinci Kanal yeni layihə ilə yeni beynəlxalq standartlarını tədbiq edir.

“Nova Prodakşens” şirkətinin nümayəndəsi Demna Caparidze isə bəyan edir ki, “Gürcüstan Ulduzu” layihəsi ilə onların komandası Birinci Kanal ilə birlikdə yüksək reytinq üçün işə başlayacaq.

Şouda iştirakçıların seçilməsi üçün kastinq bütün Gürcüstan miqyası ilə keçiriləcək.