Birinci Kanal seçkiqabağı efirin monitorinqinə başladı
Birinci Kanal seçkiqabağı efirin monitorinqinə başladı

Seçkiqabağı müddətində İctimai Yayımçı hesab edir ki, baş verən proseslər haqqında ictimaiyyətə yetərli məlumat çatdırmaq onun ən başlıca öhdəliyidir. Bu baxımdan, yayılan məlumatın efektivliliyinin müəyyənləşdirilməsi üçün efirin monitorinqi keçiriləcək.

Bugün İctimai Yayımçının Mətbuat Mərkəzində (Kostava 68) tele və radio efirlərinin monitorinqi haqqında Birinci Kanalın menecmenti və sosiyoloqlar qrupu mətbuat konfransı keçirildi.

2018-ci ilin prezident seçkiləri ilə bağlı, Birinci Kanal seçki qabağı mühitinin daha yaxşılaşdırılması üçün, prezident namizədlərinə, özlərini təqdim etmək üçün,”Moambe” xəbərlər proqramında 10 dəqiqə vaxt verdi və həmçinin bir-biriləri ilə debatlar aparmaq imkanını təqdim etdi.

Monitorinqin məqsədi seçkiqabağı müddətində bütün siyasi subyektlərin xəbərlər buraxılışında və müxtəlif ictimai-siyasi verlişlərdə iştirak etməsini təmin etməkdir.

İctimai Yayımçı, məsuliyyətli bir medya vasitəsi olaraq, hər zaman monitorinqin nəticələrini yaymağa hazırdır və bu istiqamətdə artıq işləməyə başladı.

Monitorinq oktyabrın 1-dən başladı və ilk nəticələr çərşənbə günü 1tv.ge veb-portalında yerləşdiriləcək.

Birinci Kanalın yayım efirinin monitorinqi oktyabrın 1-dən 26 oktyabr daxil olmaqla, primetime-də və off time-də həyata keçiriləcək.