Birinci Kanal 25 prezident namizədinə "Moambenin" əsas buraxılışında 10 dəqiqəlik efir zamanı verməyə hazırdır
Birinci Kanal 25 prezident namizədinə "Moambenin" əsas buraxılışında 10 dəqiqəlik efir zamanı verməyə hazırdır

Birinci Kanalın təşəbbüsü ilə, MSK-da prezident namizədi olaraq, qeydiyyatdan keçən 25 namizəd ilə görüş keçirildi.

Birinci Kanal qərar verdi ki, seçkilərdə iştirak edən 25 namizədə 10 dəqiqəlik efir vaxtı ayrılacaq.

Namizədlər sabahdan oktyabrın 25-nə qədər “Moambenin” əsas buraxılışında 10 dəqiqə ərzində öz fikirlərini bildirəcəklər.

Bununla yanaşı, doqquz qeyrikfalivikasiyalı subyekt və 16 kvalifikasiyalı subyekt arasında debatlar keçiriləcək.

Həmçinin Birinci Kanal seçkilərdə iştirak edən namizədlərə təklif edir ki, bir-birilərini debatlara dəvət etsinlər.

Namizədlərin razılaşdığı halda, Birinci Kanal debatların texniki təminatını həyata keçirməyə hazırdır.