Birinci kanal, seçkilərdə iştirak edən subyektlərə televiziya layihəsində iştirak etməyi təklif edir
Birinci kanal, seçkilərdə iştirak edən subyektlərə televiziya layihəsində iştirak etməyi təklif edir

2017-ci ilin yerli özünüidarəetmə seçkiləri ilə bağlı, Birinci kanal, seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçən bütün kvalifikasiyalı subyektlərə, seçki qabağı televiziya layihəsi – “Özünüidarəetmə – 2017”-də iştirak etməyi təklif edir.

Layihənin əsas məqsədi, əhaliyi, seçkidə iştirak edən kvalifikasiyalı partiyaların namizədlər və onların proqramları haqqında məlumatla təmin etməkdir.

Həmçinin, layihənin məqsədi, Gürcüstanın regionlarının televiziya layihəsinə qoşulması; region əhalisinin problemlərinin üzərə çıxardılması və onların həlli yollarının, seçkidə iştirak edən subyektlər tərəfindən debatlara çıxardılmasıdır.

Layihə çərçivəsində 15 veriliş hazırlanacaq, bunlardan 4 Tbilisidə, 11 isə, regionlarda, yerli özünü idarə etmə şəhərlərində və bölqə mərkəzlərində hazırlanacaq.

Birinci kanal kvalifikasiyalı seçki subyektlərindən xahiş edir ki, verlişdə iştirak etmək niyyətlərini sentyabrın 15-nə qədər yazılı şəkildə təqdim etsinlər.