Bir neçə deputat, onların arasında Tamar Çuqoşvili parlamentdəki vəzifələrindən istefa etdilər
Bir neçə deputat, onların arasında Tamar Çuqoşvili parlamentdəki vəzifələrindən istefa etdilər

Parlamentin vitse-spikeri Tamar Çuqoşvili və parlament əksəriyyətinin bir neçə deputatı – Tamar Xulordava, Sopo Katsarava, Giorgi Mosidze, İrina Pruidze və Dmitri Tskitişvili parlament əksəriyyətini tərk etdilər.

Bu barədə Tamar Çuqoşvili jurnalistlərlə söhbət zamanı bəyan etdi.

“Təəssüf ki, nəticə bəllidir və konstitusiya dəyişikliklərinin nəyə görə təsdiqlənmədiyinin fərqi yoxdur. Bizim vəzifəmizi tərk etməkdən başqa yolumuz yoxdur, çünki konstitusiya dəyişikliklərinin batması çox ağır bir vəziyyətdir. Mən və həmkarlarım bunun üçün məsuliyyət daşıya bilmərik” – dedi Tamar Çuqoşvili.

Parlament proporsiyonal seçki sisteminə keçiş ilə bağlı konstitusiya dəyişikliklərini təsdiqləyə bilmədi.

Qanunlayihə yetərli qədər səs yığa bilmədi. Qanunlayihənin qəbulu üçün 113 deputatın səsi lazım idi, ancaq onu sadəcə 101 deputat dəstəklədi.

Parlament iclasına fasilə verildi.