Bir ayda "Teleskola" layihəsini milyondan artıq insan izlədi
Bir ayda "Teleskola" layihəsini milyondan artıq insan izlədi

Bir ayda “Teleskola” (tele-məktəb) layihəsini 1TV.GE-də milyondan artıq, “Youtube”-də isə, 700 mindən artıq insan izlədi. Layihənin populyarlığı gündən günə artır, onlayn mediada tele-dərsləri getdikcə daha da artıq insan izləyir.

“Teleskola” (tele-məktəb) layihəsi Təhsil Nazirliyi və Gürcüstanın Birinci Kanalının birgə layihəsidir və Birinci Kanalın efirində 30 martdan başladı. Təhsil Nazirliyi ilə birlikdə dərslərin cədvəli işlənib hazırlandı.

Tele-dərsləri müxtəlif fənnlər üzrə təcrübəli müəllimlər keçirlər.

Dərslər gürcü, eləcə də qeyri-gürcü (erməni, azərbaycan) sektorunu əhatə edir.