"Biontek" və "Faizer" hazırladıqları vaksina üçün lisenziya almaq məqsədi ilə Avropa İttifaqının dərman agentliyinə müraciət etdilər
"Biontek" və "Faizer" hazırladıqları vaksina üçün lisenziya almaq məqsədi ilə Avropa İttifaqının dərman agentliyinə müraciət etdilər

Almaniyanın “Bionteki” və Amerikalı partnyoru “Faizer” onlar tərəfindən hazırlanan vaksina üçün lisenziya almaq məqsədi ilə Avropa İttifaqının dərman agentliyinə müraciət etdilər.

Avtorizasiya olduğu təqdirdə, vaksina Avropada yaxın həftələrdə əlyetərli olacaq.

Belə icazə üçün daha öncə bu şirkətlər ABŞ-ın qida və medikamentlər administrasiyasına müraciət etmişdilər.

Əgər Amerikanın tənzimləmə şirkəti qeyd olunan vaksinaya yaşıl işıq versə, Amerika əhalisi vaksini dekabrın orta tarixlərində ala biləcəklər.

Avropanın dərman agentliyində bəyan edirlər ki, əgər “Faizer” və onun rəqibi olan “Moderna” hazırladıqları vaksina ilə bağlı gərəkli sənədləri vaxtında təqdim etsələr. agentlik həmin materialları yanvarın 12-nə qədər müzakirə edəcək.