Bidzina İvanişvili - Zviad Qamsaxurdianın həlak olması faktının istintaq edilmədiyi ölkəmizin böyük ayıbıdır
Bidzina İvanişvili - Zviad Qamsaxurdianın həlak olması faktının istintaq edilmədiyi ölkəmizin böyük ayıbıdır

İki gündən sonra əhəmiyyətli tarix olacaq, martın 31-də Zviad Qamsaxurdiyanın 80 yaşı tamam olacaqdı. Bu tarix, unutduğumuz bir çox ağrılarımızı yadımıza salacaq və biz oturub, yaxın tariximizi ciddi şəkildə doğru analiz etməliyik, – bu barədə “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvilinin məktubunda deyilir.

“Necə oldu ki, həyatı boyu vətəninin müstəqilliyi üçün mübarizə aparan insan, hansı ki, bir çox nəsillərin xəyallarını yerinə yetirdi və Gürcüstanın müstəqilliyini elan etdi, müstəqilliyin elan edilməsindən biraz sonra, məhz müstəqil Gürcüstanda naməlum şərtlərdə, öz həmyerliləri tərəfindən traqik şəkildə öldürüldü” – deyilir İvanişvilinin məktubunda.

İvanişvilinin dediyinə görə, Gürcüstan prezidentinin ölüm faktının istintaq olunmaması ölkəmizin böyük ayıbıdır.

“Mütləq bu işin istintaqı başa çatmalıdır və hər şeyə öz adı verilməlidir. Düşman hər zaman düşman kimi hərəkət edir, biz isə, keçmişdə buraxdığımız səhvləri analiz etməliyik” – deyilir İvanişvilinin məktubunda.