Bidzina İvanişvili - Yaxın 4-5 ildə "Gürcü Arzusuna" heçnə olmayacaq
Bidzina İvanişvili - Yaxın 4-5 ildə "Gürcü Arzusuna" heçnə olmayacaq

Yaxın 4-5 ildə “Gürcü Arzusuna” heçnə olmayacaq, – bu barədə bəyanatı “Gürcü Arzusunun” təsisçisi Bidzina İvanişvili Birinci Kanalın “Azad baxış” verlişində verdi.

“Gürcü Arzusunun” nəyə ehtiyyacı var və nəyi nəzərə almalıdırlar sualına Bidzina İvanişvili cavab verdi ki, dəstə üzvləri hərşeyi yaxşı bilirlər.

“Hətta ölkənin inkişafı üçün nə lazım olduğunu dəstə üzvlərinin bəziləri məndən yaxşı bilirlər. İstedadlı gənc liderlərimiz də var. Mənim onlara verəcəyim yeganə məsləhət odur ki, bir-birləri ilə mübahisə edib, qarşı durmasınlar. Kritik vəziyyətdə yığılsınlar və sağlam düşüncə ilə doğru qərarlar versinlər. Əgər bərabər qərar verməyi bilməsələr və bir-birləri ilə problem yaşasalar, işləri çətinləşəcək. Ancaq, mənim fikrimcə, yaxın 4-5 ildə, “Gürcü Arzusuna” heçnə olmayacaq. Onlar tamamilə sağlam düşüncə ilə fəaliyyətlərinə davam edəcəklər” – dedi Bidzina İvanişvili.

Şərh yaz