Bidzina İvanişvili Gürcüstan vətəndaşlarına müraciət edir (video)

“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri, Bidzina İvanişvili Gürcüstan vətəndaşlarına müraciət edir.

“Xalqıma müraciət etmək istəyirəm! Qarşınızda üzərimə düşən öhdəlikdən irəli gələrək müraciət edirəm!

İlk növbədə, bir daha bizə qarşı bəyan etdiyiniz etimada görə minnətdarlığımı bildirirəm. Bir çox problemlərə baxmayaraq, bizim seçdiyimiz yola inanan insanlara təşəkkürümü bildirirəm! Lakin bu gün, bizdən inciyənlərə müraciət etməyim ən vacibdir!

Sizə demək istəyirəm ki, mən sizi yaxşı başa düşürəm! Ümidinizin üzülməsi və inciməyinizi yaxşı başa düşürəm; başa düşürəm ki, narazısınız bu günki hakimiyyət ədaləti bərpa edə bilmədi, dolanmanızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilmədi, bir neçə dövlət xadimi xalqın qayğısına qalmaqdan artıq, öz firavanlığı qayğısına qalır;

Bir çoxunuz hirslisiniz ki, zoraklıq rejiminin geri dönməsi təhlükəsini mümküm etdik. Bu gün 9 illik rejim barəsində danışmaq istəmirəm.

Bu gün ən önəmlidir ki, vətənimiz yenə də tarixi yol kəsişməsində durur.

Lakin bir şeyi hamımız yadda saxlamalıyıq! Bizim rəqibimiz siyasi partiya deyil. Bu gün bizim qarşımızda, təəssüflər olsun ki, revanş üçün birləşmiz zoraklıq edənlər dururlar. Hakimiyyət xalqdan uzaqlaşdıqca, xalqın etimadını itirir və indi hamı üçün demək istəyirəm:

Bizim siyasi birləşməmiz xalqın xidməti üçün mövcuddur. Əgər “Gürcü Arzusu” işləyə bilmirsə, onun hansısa şaxəsi xalqın ximdətində yaramadısa, mən birinci onlara qarşı çıxacağam. Lakin bu səhvlərlə, bütün bu dəyərlərin məhv edilməsi arzusunda olan siyasi qüvvəyə istifadı etmə’sinə imkan verməməliyik. Bu səhvlərə düzgün görmək və tənqid lazımdır. Opponentlərimiz səhvləri düzəltmək istəmirlər! Onlar hər şeyin dağıdılmasını istəyirlər!

Opponentlər yalnız yalana əsaslanan kampaniya həyata keçirirlər. Onlar utanmadan, parlament quruluşunda prezident səlahiyyətlərini tamamilə aşan vədlər verirlər.

2012-ci ildə biz zoraklığa əsaslanmış rejimi uzaqlaşdırdıq. Ağır dövrdən keçdik. Bu yolda bir çox əhəmyyətli uğurlara nail olduq: biznesi dövlət reketindən azad etdik, media azaddır.

Bir sıra risklərə baxmayaraq, müstəqilliyi əldə etdikdən sonra, Gürcüstanın bu cür sabit illəri olmayıb.

Bu uğurlara baxmayaraq, ölkədə yoxulluq əsas çağırış kimi qalır. Müvafiq olaraq bizə həlledici dəyişikliklər lazımdır. Pensiyaçılarn və qaçqınların yardımları radikal şəkildə yenidən baxılmalıdır! Onlara qayğı göstərmək layaqətimizin işidir və biz bunu bacarmalıyıq!

Kadr siyasəti təcili olaraq dəyişdirlməlidir. Gəncləri ölkənin idarəetməsinə və siyasətin işlənib hazırlanmasına qoşmalıyıq!

Xatırlatmaq istəyirəm, seçkilərə kimi də bəyan etmişdim – üzərimə məsuliyyət götürürəm ki, idarəetmədə mövcud olan bütün nöqsanları bir ilə aradan qaldıram.

İndi əsas odur ki, hakimiyyət və ayrıca çinovnikə qarşı hirslənmiş, hakimiyyətin cəzalandırılması arzusu ilə, öz gələcəyini və öz ölkəsini cəzalandırmasın. Mən əminəm ki, seçimimizi xalqın fıravanlığının, azadlığın, ləyaqətin müdafisi üçün edəcəyik”, – Bidzina İvanişvili bəyan edir.