Bəzi inşaat pozuntuları cinayət məcəlləsi ilə cəzalandırılacaq
Bəzi inşaat pozuntuları cinayət məcəlləsi ilə cəzalandırılacaq

K1 və K2 parametrlərin pozulması, yüksəklik parametrlərinin qorunmaması, icazəsiz inşaat kimi pozuntular, cinayət məcəlləsi ilə cəzalandırılacaq, – bu barədə bəyanatı Tbilisi meri Kaxa Kaladze bugünki paytaxt höküməti iclasında verdi.

Onun dediyinə görə, qeyd olunan dəyişiklikləri Tbilisi rəhbərliyi tərəfindən hazırlanan yeni qanunvericilik paketi nəzərdə tutur.

Kaladzenin dediyinə görə, inşaat istiqamətində hazırlanan qanunvericilik dəyişiklikləri gələn həftə detallı şəklildə təqdim ediləcək.

“Bu gün bu qanunlayihəyi parlamentə göndəririk və əminəm ki, hər bir deputat onun müzakirəsinə fəal şəkildə qoşulacaq. Vitse-mer İrakli Xmaladze isə, parlamentlə daimi komunikasiyada olacaq” – dedi Kaxa Kaladze.