Beynəlxalq Çempionlar Kuboku Asiyada keçirilməyəcək
Beynəlxalq Çempionlar Kuboku Asiyada keçirilməyəcək

Çində koronavirus epidemiyasına görə, qərar verildi ki, 2020-ci ilin yazında Asiyada Beynəlxalq Çempionlar Kuboku keçirilməyəcək. Bu barədə “BBC” yazır.

Qeyd olunan turnir bir neçə ildir ki, keçirilir və Asiya və Şimali Amerikada futbolun daha da populyarlaşdırılmasına xidmət edir. Beynəlxalq Çempionlar Kubokunu Avropa komandaları yeni mövsüm üçün hazırlığa istifadə edərdilər.