Beşumidə "Şuamtoba-2018" xalq bayramı qeyd olunur
Beşumidə "Şuamtoba-2018" xalq bayramı qeyd olunur

Beşumidə bu gün “Şuamtoba-2018” xalq bayramı qeyd olunur.

Bu il “Şuamtoba-2018” xalq bayramı Matsğvalta dağından başladı. Yekun tədbir isə, avqustun 11-də Çixura dağında keçiriləcək.

“Şuamtoba” xalq bayramı avqustun ilk şənbə-bazarından qeyd olunur. Bayram dağ işləri mövsümünə təsadüf edir. Bu ənənə illərdir ki, davam edir. Aranda yaşayanlar dağda qalanlara qonaq gedirlər. Ev sahibləri isə, onları Acara yeməkləri ilə qarşılayırlar. Dağda  və aranda baş verən hadisələri bir birinə danışırlar və bayram tədbirlərini keçirirlər.

Şərh yaz