Beş limanın qəbul etmədiyi kruiz gəmisini sonunda Kamboca qəbul etdi
Beş limanın qəbul etmədiyi kruiz gəmisini sonunda Kamboca qəbul etdi

Bortunda koronavirusa yoluxanların olduğu ehtimal edildiyinə görə, beş limanın qəbul etmədiyi kruiz gəmisini sonunda Kamboca qəbul etdi.

Bu haqda məlumatı BBC yayır.

“Vesterdam” adlı kruiz gəmisi Banqkok limanın afevralın 11-də daxil olmağa çalışdı, ancaq ekipaj limandan rədd cavabı aldı.

Ona qədər gəmiyi Taylanddan, Tayvandan, Quamdan və Yaponiyadan geri qaytardılar.

Holandiya-Amerikan şirkətinə aid olan “Vesterdam” gəmisi Honq-Konqdan fevralın 1-də çıxdı. 

Gəminin bortunda 145 yolçu və ekipajın 802 üzvü qalıb.

Kambocanın Sihanoukilo limanına daxil olduqdan sonra, gəminin bortunda olan .əxslər tibbi yoxlanışdan keçəcəklər. Ancaq ondan sonra, onlar Kamboca ərazisinə daxil olub, oradan öz vətənlərinə qayıda bilərlər.

Xatırladaq ki, Yaponiyanın Yokohama limanının yanında yenə bir kruiz gəmisi dayanıb, hansının bortunda olan şəxslərdən 200 nəfərdən çoxunda koronavirus aşkarlandı.