Beş ilkin tibbi yardım müəssisəsi bu gün saat 22:00-a qədər işləyəcək
Beş ilkin tibbi yardım müəssisəsi bu gün saat 22:00-a qədər işləyəcək

Tbilisidə beş ilkin tibbi yardım müəssisəsi bu gün saat 22:00-a qədər işləyəcək. Sabahdan isə, 24 saatlıq rejimə keçəcək.

Tibbi müəssisələr qarşıdakılardır: “Medikapital-Qldani” MMC, ünvan: Vekua küç.N 18, “Medikapital-Saburtalo” MMC, ünvan: Qamrekeli küç.N 19, “Ailə tibbinin milli təlim mərkəzi” MMC, ünvan: Tsinamzğvrişvili küç.N 57, “Midsi” (Vere 21) MMC, ünvan: Kiyaçeli küç.N 18, “Medikapital-Samqori” MMC, ünvan: Moskva prospekti kv.4, korp.

Səhiyyə Nazirliyinin məlumatına görə, yanvarın 7-də beş ilkin tibbi yardım müəssisəsi səhər saat 10:00-dan axşam saat 22:00-a qədər işləyəcək. Yanvarın səkkizndən sonra isə, qripin simptomlarının aşkar olunduğu zaman, pasientlər müainə üçün 24 saat ərzində müraciət edə biləcəklər.