Beş gürcü hərbi xidmətçisi Əfqanistanın Bəhram bazasında baş verən terakt zamanı zərər gördü
Beş gürcü hərbi xidmətçisi Əfqanistanın Bəhram bazasında baş verən terakt zamanı zərər gördü

Beş gürcü hərbi xidmətçisi Əfqanistanın Bəhram bazasında baş verən terakt zamanı zərər gördü.

Bu barədə Gürcüstanın Müdafiyə Nazirliyinin yaydığı məlumatda deyilir.

“12-ci batalyonun hərbi xidmətçiləri olan kapral Qoça Muradaşvili, Soso Kvinikadze və Roman Giunaşvili, İlia Takadze və serjant Baxuraulinin sağlamlıq vəziyyətləri stabildir və onlara hospitalizasiya lazım olmadı. Kiçik yaralanmalara baxmayaraq, onlar koalisiya qüvvələri ilə bərabər, teroristlərin likvidasiyası əməliyyatına davam edirlər.

Müdafiyə qüvvələrin idarə mərkəzi fövqəladə rejimdə işləyir və müdafiyə qüvvələrinin rəhbəri general-leytenant Vladimer Çaçibaia və Gürcüstanın Müdafiyə Naziri İrakli Ğaribaşvili yaranan vəziyyəti fövqəladə otaqdan bir başa rejimdə izləyirlər” – deyilir Nazirliyin məlumatında.